Türkiyədə son sutka ərzində yeni növ koronavirusa (COVID-19) yoluxan 203 nəfər həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb
Son 24 saatda COVID-19 infeksiyası ilə əlaqədar 358 251 nəfərdən test götürülüb, onların 27 259-nun testi pozitiv nəticə verib. Aktiv xəstələrdən 27 513 nəfəri sağalıb.
Qeyd edək ki, Türkiyənin 18 yaşdan yuxarı əhalisinin 89,78%-nə bir doza, 79,60%-nə isə iki doza koronavirus əleyhinə vaksin vurulub
Akif İsmayılov