Modern.az

ABŞ-da illik inflyasiya son 31 ilin ən yüksək həddində

ABŞ-da illik inflyasiya son 31 ilin ən yüksək həddində

Dünya

11 Noyabr 2021, 00:53

ABŞ-da illik inflyasiya oktyabrda son 31 ilin ən yüksək səviyyəsinə çatıb. 

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Əmək Nazirliyi məlumat yayıb.

 

Məlumatlara görə, oktyabr ayında illik inflyasiya 6,2% təşkil edib. Beləliklə, 1990-cı ildən bəri istehlak qiymətləri indeksində (İQİ) ən yüksək illik artım müşahidə olunub.

 

Oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,9% artaraq iqtisadçıların gözləntilərini üstələyib.

 

ABŞ Federal Ehtiyat Sistemi (FED) qiymət artımlarının müvəqqəti olduğunu bildirib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal