Azərbaycanda məşhurlaşan futbolçunun oğlu Avropa qrandlarının MARAQ DAİRƏSİNDƏ

Azərbaycanda məşhurlaşan futbolçunun oğlu Avropa qrandlarının MARAQ DAİRƏSİNDƏ

Dünya

12 Noyabr 2021, 17:10

Gürcüstan millisinin və Rusiyanın “Rubin” klubunun oyunçusu Xviça Kvaratsxeliya Avropa qrandlarının diqqətini özünə çəkib.

 

Modern.az xəbər verir ki, Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Gürcüstan yığması İsveç üzərində 2:0 hesabı ilə sensasion qələbə qazanıb.

 

Qrupdan çıxmaq şansını itirən yığma komandanın hər iki qolunu isə “Rubin” klubunun yarımmüdafiəçisi Xviça Kvaratsxeliya vurub. Tur öncəsi yaxın təqibçisi İspaniyadan 2 xal öndə olan İsveç məğlubiyyətdən sonra əsas rəqibindən 1 xal geri düşüb. Kvaratsxeliyanın İsveçə qarşı inamlı oyunu İspaniya mediasının da diqqətini cəlb edib.

 

İspaniyanın “Marca” qəzeti futbolçunun oyununu belə təsvir edib.

“Rusiyanın “Rubin” klubunun oyunçusu geniş audirotiya üçün tanış olmasa da, uyğun məqamda özünü çox yaxşı göstərdi və ispan futbol azarkeşlərinin diqqətini özünə cəlb etdi”.

 

2 dəfə Rusiya Premyer-Liqasının ən yaxşı oyunçusu adını qazanan futbolçu Avropanın top komandalarından birində oynamağa iddialıdır.

“Xviçanın nə vaxtsa, “Real” yaxud “Bavariya” klublarından birinə keçəcəyini gözləyirəm”,-deyə onun agenti açıqlama verib.

 

Hazırda 20 yaşlı oyunçu Gürcüstan millisinin 7 matçına çıxıb və 1-i İspaniya yığmasının qapısına olmaqla, 4 qol vurub.

 

Azərbaycanlı futbol azarkeşləri üçün maraqlı məqam ondan ibarətdir ki, Xviça Kvaratsxeliyanın atası Badri Kvaratsxeliya uzun illər “Şəmkir” klubunda forma geyinib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət qızışır, fevralın 24-də nəsə olacaq