Modern.az

Ekvador həbsxanasında toqquşma: 52 ölü

Ekvador həbsxanasında toqquşma: 52 ölü

Dünya

13 Noyabr 2021, 20:30

Ekvadorun qərbində yerləşən Quayakil şəhərindəki həbsxanada baş verən toqquşma nəticəsində azı 52 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə “El Universo” qəzeti yazıb.

 

Həbsxanada iğtişaşlar cümə günü axşam saatlarında başlayıb. Polis hələlik penitensiar müəssisədə qayda yaradılmasına nail olduğu barədə məlumat verməyib. Sentyabrın 28-də yenə həmin həbsxanada müxtəlif cinayətkar dəstələrin nümayəndələri arasında toqquşma baş vermişdi.

 

Rəsmi məlumata görə, o vaxt 119 məhbus həlak olmuşdu. Ekvador prezidenti Gilermo Lasso ölkənin penitensiar sistemində 60 gün müddətinə fövqəladə vəziyyət elan etmişdi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal