PKK/YPG qruplaşması Suriyanın Afrin bölgəsinə raket zərbələri endirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Zərbələr nəticəsində 3 dinc sakin ölüb, daha 10 nəfər yaralanıb. Yaralılar ərazidəki hospitala yerləşdirilib.
Qeyd edilir ki, Türkiyə ilə sərhəddə yerləşən Afrin şəhər mərkəzinə 6 raket zərbəsi endirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Akif İsmayılov