Dünyanın bir sıra ölkələrində “Facebook”, “Instagram” və “WhatsApp” istifadəçiləri platformaların işində nasazlıq yarandığını bildiriblər.
Modern.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” saytı məlumat yayıb.
ABŞ-dan olan istifadəçilər əsasən “Facebook” və “Instagram”ın işindəki problemlərdən narazılıq edir. Almaniyada “Instagram” və “WhatsApp”, Niderlandda “WhatsApp”, Böyük Britaniyada isə “Instagram”ın işində fasilələr müşahidə olunur. Hər üç xidmətin nasazlığı barədə Fransa, İtaliya, İspaniya, Rusiya və digər ölkələrdən bildirilir.
Akif İsmayılov