Modern.az

Sudanda siyasi böhranı həll edən müqavilə

Sudanda siyasi böhranı həll edən müqavilə

21 Noyabr 2021, 19:14

Sudanda 25 oktyabrda hərbi müdaxilədən sonra yaranan idarəçilik böhranına son qoymaq üçün Suverenlik Şurası ilə baş nazir vəzifəsinə gətirilən Abdullah Hamduk arasında siyasi razılaşma imzalanıb.

 

Modern.az xəbər verir k, prezident sarayında keçirilən mərasimdə Suverenlik Şurasının sədri general Əbdülfəttah əl-Burhan və ikinci dəfə bu vəzifəyə təyin olunan baş nazir Hamduk arasında siyasi müqavilə imzalanıb.

 

Mərasimdə Suverenlik Şurasının üzvləri də iştirak edib.

 

İmzalanma mərasimindən əvvəl Burhan Hamduku əvvəlki vəzifəsinə bərpa etmişdi.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal