Çilidə keçirilən prezident seçkilərinin birinci turunda Respublikaçılar Partiyasının sağçı namizədi, 55 yaşlı Xose Antonio Kast 27,91 faiz səslə birinci yeri tutub.
Modern.az xəbər verir ki, bu barədə Çilinin Seçki Xidməti (Servel) məlumat yayıb.
İkinci yeri isə 25,83 faiz səslə solçu 35 yaşlı Qabriel Boriç tutub.
15 milyondan çox qeydiyyatdan keçmiş seçicinin olduğu Çilidə 7 milyon 115 min 590 nəfər səsvermə hüququndan istifadə edib və seçici fəallığı 47% olub.
Seçkilərin sürprizi 12,80 faiz səs toplayan Xalq Partiyasının namizədi Franko Parisi olub. ABŞ-da yaşayan və seçki kampaniyasını sosial media və mətbuat vasitəsilə həyata keçirən Parisi Çiliyə ayaq basmamış seçkiləri 3-cü bitirib.
Dekabrın 19-da seçkilərin ikinci tutu baş tutacaq. Bu səsvermədə ən çox səs toplayan iki namizəd iştirak edəcək. Bu tarixdə Çili xalqı diktator Auqusto Pinoçet dövrünü müdafiə edən sağçı namizəd Kast ilə Çilinin keçmiş tələbə lideri Boric arasında seçim edəcək.
İxtisasca hüquqşünas olan Kast, seçiləcəyi təqdirdə dövlət xərclərinin azaldılması, vergilərin azaldılması və bəzi nazirliklərin ləğv edilməsi kimi vədlər verir.
Akif İsmayılov