Bolqarıstanın şərqində yerləşən Royak kəndindəki qocalar evində yanğın baş verib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Yanğında 9 nəfər həlak olub, bəzi yaşlı şəxslər qazdan zəhərlənib.
Qocalar evinin taxta damında çıxan yanğın söndürülüb və 58 qocanın yaşadığı qocalar evi təxliyə edilib.
Yanğının səbəbləri araşdırılır.
Akif İsmayılov