Modern.az

Putin Fələstin lideri ilə GÖRÜŞDÜ

Putin Fələstin lideri ilə GÖRÜŞDÜ

Dünya

23 Noyabr 2021, 23:37

Rusiya Prezidenti Vladimir Putin və Fələstin muxtariyyətinin dövlət başçısı Mahmud Abbas Soçi şəhərində görüşüb.

 

Modern.az xəbər verir ki, Putin Abbasla görüşünün əvvəlində verdiyi açıqlamada Fələstin xalqının yaşadıqları şəraitdən xəbərdar olduğunu bildirib.

 

Xarici ölkələrin təzyiqləri və bölgədəki gərgin vəziyyətin, eləcə də yeni növ koronavirus (COVID-19) epidemiyasının da bu şərtlərə təsir etdiyini bildirən Putin qeyd edib ki, Rusiya COVID ilə mübarizədə Fələstinə kömək edir.

 

Putin Rusiyanın Fələstin probleminin həlli ilə bağlı yanaşmasında heç bir dəyişiklik olmadığını vurğulayıb.

 

“Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarlarına uyğun olaraq, Fələstin problemi iki müstəqil dövlət əsasında, bu ölkədə yaşayan bütün insanların mənafeyini nəzərə alan ədalətli zəmində həll edilməlidir. Nə qədər çətin olsa da, bu məqsədə doğru çalışacağıq”, - deyə Putin bildirib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər