Modern.az

UNİCEF açıqladı: 1440 şagird qaçırılıb

UNİCEF açıqladı: 1440 şagird qaçırılıb

Dünya

24 Noyabr 2021, 09:03

BMT-nin Uşaq Fondu (UNİCEF) Nigeriyada bu il 1440 şagirdin qaçırıldığını açıqlayıb.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, UNICEF-in dərc etdiyi hesabatda Nigeriyada məktəbləri hədəf alan hücumların artmaqda davam etdiyi bildirilib.


Belə ki, yanvar ayından bəri ölkədə 25 fərqli məktəbə hücum edildiyi və bu hücumlar zamanı 1440 şagirdin qaçırıldığı qeyd edilib.


Hesabatda Qərbi Afrika ölkələrində illərdir davam edən hücumlara daha çox uşaqların məruz qaldığı bildirilib və hökumət bu cür hadisələrin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırılıb.

Nigeriyanın Benue, Kaduna, Plateau, Katsina və Zamfara əyalətlərində son aylarda bir çox məktəbdən şagirdlər qaçırılıb. Hücumlara görə bəzi məktəb və universitetdə təhsil dayandırılmalı olub.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?