Modern.az

Ukrayna: Hücum Rusiyaya baha başa gələcək

Ukrayna: Hücum Rusiyaya baha başa gələcək

Dünya

25 Noyabr 2021, 19:21

"Ukraynaya hücum edilməsi Rusiyaya çox baha başa gələcək".

 

Modern.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

 

Kuleba bildirib edib ki, Ukraynanın məqsədi Rusiyanı aqressiv hərəkətlərdən çəkindirməkdir.

 

Ukrayna XİN rəhbəri əlavə edib ki, Moskva yeni bir hücum olacağı təqdirdə, siyasi, iqtisadi və insan itkisi baxımından verəcəyi zərəri anlamalıdır.

 

Qeyd edək ki, Ukrayna kəşfiyyatı Rusiyanın gələn ilin əvvəli hücuma hazırlaşdığını bildirib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı