Modern.az

BƏƏ Kabil aeroportunu idarə etmək istəyir

BƏƏ Kabil aeroportunu idarə etmək istəyir

Dünya

25 Noyabr 2021, 20:44

Əfqanıstanın paytaxtı Kabildə Həmid Kərzai Beynəlxalq Hava Limanının fəaliyyət göstərməsi ilə bağlı təəccüblü iddia ortaya atılıb.

 

Modern.az xəbər verir ki, “Reuters” agentliyi Körfəz ölkələrindən olan 4 diplomata istinadən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava limanının istismarı üçün “Taliban”la danışıqlar apardığını bildirib.

 

Adları açıqlanmayan diplomatlar BƏƏ rəsmilərinin bir neçə həftədir “Taliban”la məsləhətləşdiklərini bildiriblər.

 

Qətər və Türkiyə hazırda hava limanının istismarında “Taliban”a kömək edir. Qətər bu işi öz üzərinə götürmək istəsə də, diplomatlar hələlik tərəflər arasında rəsmi razılaşmanın olmadığını bildiriblər.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı