Modern.az

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Dünya

27 Noyabr 2021, 23:48

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 192 nəfər dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 358 274 nəfər test edilib, onların 23 759-nun koronavirus testi pozitiv nəticə verib, 25 103 nəfər sağalıb.

 

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 120 058 425 peyvənd tətbiq edilib ki, bunun 90,52 faizi birinci, 81,08 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı