Modern.az

Ərdoğan Qüdsü müqəddəs şəhər adlandırdı

Ərdoğan Qüdsü müqəddəs şəhər adlandırdı

Dünya

10 Dekabr 2021, 12:40

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər İttifaqının 16-cı Konfransının açılışında çıxış edib.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, Ərdoğan çıxışı zamanı Qüdsü müqəddəs şəhər adlandırıb və Fələstin davasının bütün İslam dünyasının ortaq problemi olduğunu bildirib.

“Qüdsü qorumaq haqqı qanunu, ədaləti və sivilizasiyanı qorumaqdır. Fələstin məsələsi gündəmimizin başında olmaqda davam edir. Fələstinli qardaşlarımızın küçənin ortasında edam edildiyini, günahsız fələstinli uşaqlara qanlı terrorçu kimi baxıldığını görürük. Eyni şəkildə Qəzzanın ədalətsiz, qanunsuz və vicdansız blokadası davam edir” -deyə, Rəcəb Tayyib Ərdoğan bildirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal