Modern.az

Tramp Netanyahunu SÖYDÜ

Tramp Netanyahunu SÖYDÜ

Dünya

10 Dekabr 2021, 13:32

ABŞ-ın keçmiş prezidenti Donald Tramp İsrailin keçmiş baş naziri Benyamin Netanyahuya nalayiq söyüşlər söyüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampın sözlərinə görə, Benyamin Netanyahu Co Baydeni ABŞ prezidenti seçilməsi münasibətilə təbrik edəndən bəri onunla əlaqə saxlamadığını da deyib.

"Baydeni ilk təbrik edən Netanyahu oldu. Halbuki, onun üçün münasibətdə olduğum hər kəsdən daha çox şey etmişdim... Benyamin səssiz qala bilərdi. Və o, dəhşətli səhv etdi", - Tramp bildirib.

 

"O vaxtdan bəri mən onunla danışmamışam. Lənət olsun..." - Tramp deyib.

Eks-prezident in sözlərinə görə, Netanyahudan fərqli olaraq, Rusiya prezidenti Vladimir Putin və Braziliya lideri Bolsonaru Baydeni dərhal təbrik etməyib: “Çünki onlar seçkilərin saxtalaşdırıldığını hiss ediblər”.

 

 

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...