Modern.az

Almaniya 25 min əfqan qəbul edəcək

Almaniya 25 min əfqan qəbul edəcək

Dünya

10 Dekabr 2021, 18:15

Almaniya Əfqanıstandan olan 25 min qaçqını qəbul edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqının daxili işlər üzrə komissarı Ylva Johanssonun üzv ölkələrə ünvanladığı məktubda bildirilib.

 

Məktubda Aİ-nin daxili işlər üzrə komissarı üzv dövlətləri 2022-ci ilin sonuna qədər qaçqınların qəbul olunması ilə bağlı vədlərini yerinə yetirməyə çağırıb.

 

Almaniya 25 000 əfqan qaçqını, Hollandiya 3 100-dən çox qaçqını qəbul etməyə razılaşıb. Fransa və İspaniya 2500, İsveç isə 2000 nəfəri qəbul edəcək.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...