Modern.az

Koronavirus Allaha inamı azaltmayıb

Koronavirus Allaha inamı azaltmayıb

Dünya

10 Dekabr 2021, 23:30

ABŞ-ın “Pew” tədqiqatlar mərkəzi yeni növ koronavirus (COVID-19) pandemiyasının amerikalıların inancına necə təsir göstərdiyini araşdırıb.

 

Modern.az “The Washington Post” qəzetinə istinadən xəbər verir ki, araşdırma Covid pandemiyasının amerikalıların dini görüşlərinə çox az təsir etdiyini göstərir.

 

Araşdırma ABŞ-ın əsasən dini ölkə kimi qaldığını sübut edib. 

 

Dini institutlara bağlılıq azalsa da, amerikalıların tam 91 faizi Tanrının, yaxud ali qüvvənin mövcudluğunu təsdiqləyib. Yalnız 3 faiz deyib ki, dünyada baş verən pisliklərə görə Tanrıya qəzəblidirlər, 14 faiz bəzən qəzəbləndiyini söyləyib. 80 faizə yaxın respondent isə problemelərin çoxuna insanların öz hərəkətlərinin səbəb olduğunu vurğulayıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...