Avropa İttifaqının (Aİ) daxili işlər nazirləri Xorvatiyanın Şengen zonasına daxil olmaq üçün bütün meyarlara cavab verməsi ilə bağlı razılığa gəliblər.
Modern.az xəbər verir ki, bu barədə Sloveniyanın daxili işlər naziri Ales Hoj məlumat yayıb.
O bildirib ki, Xorvatiya buna hazırdır.
AFP-nin məlumatına görə, iclasdan sonra verilən açıqlamada, bütün kriteriyalara cavab verməsi müəyyən edilən Xorvatiya ilə bağlı yekun qərarın daha sonra veriləcəyi bildirilib.
Xorvatiyanın daxili işlər naziri Davor Bozinoviç "Twitter"dəki paylaşımında bu qərarın ölkəsini ölkəsinin strateji hədəflərinə yaxınlaşdırdığını bildirib.
Xorvatiya 2013-cü ildə Aİ-yə daxil olsa da, Lüksemburqun Şengen şəhərində 1985-ci ildə imzalanmış sazişlə yaradılan səyahət zonasına hələ də qoşulmayan beş üzv dövlətdən biridir. Bolqarıstan, Kipr, İrlandiya və Rumıniya da Şengen zonasına daxil olmayan Aİ üzvüdür.
Akif İsmayılov