Modern.az

İranın YUNESKO-ya müraciəti: “Tar fars musiqi alətidir” - İDDİA

İranın YUNESKO-ya müraciəti: “Tar fars musiqi alətidir” - İDDİA

Dünya

11 Dekabr 2012, 15:06

İran tarı “fars musiqi aləti” adı ilə YUNESKO`nun siyahısına saldırmaq üçün müraciət edib

İran Azərbaycanda geniş yayılmış qədim musiqi aləti olan tarı fars milli musiqi aləti kimi  YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin təmsilçisi siyahısına əlavə  edilməsini istəyir.
Modern.az İranın  Press TV-yə istinadən bildirir ki, bu barədə  Mərkəzi Asiyada Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Regional Araşdırmalar Mərkəzinin rəhbəri Yədulla Parmoun deyib. Onun sözlərinə görə, Azərbaycan tarının dünya mədəni irsi siyahısına salınması üçün edilmiş müraciətdən sonra İran tərəfi də fars tarının siyahıya salınması üçün təklif edəcək.

“Tar musiqi alətinin adı Milli İran musiqisi Rədifin kolleksiyasında Ney və Kamança kimi alətlərlrə birlikdə 2009-cu ildə YUNESKO-nun siyahısına salınıb. Ancaq biz istəyirik ki, bu musiqi aləti ayrılıqda siyahıda qeydiyyatdan keçsin”-deyə o vurğulayıb.  

“Azərbaycan tarı İran tarından öz ölçülərinə, formasına, tellərinin sayına, ifa texnikasına və səsinə görə fərqlənir. Ancaq tarın kökləri İrandan gəlir”-deyə Yədulla Parmoun iddia edib.


Peykər İbrahimova  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK ETİRAF - Təyyarənizi biz vurmuşuq!