Modern.az

Qəbələdən gedən Rusiya öz “RLS”ni açıqladı

Qəbələdən gedən Rusiya öz “RLS”ni açıqladı

Dünya

11 Dekabr 2012, 15:45

Azərbaycandakı Qəbələ RLS-dən imtina edən Rusiya yaxın vaxt ərzində Armavirdə “Voronoej-DM” tipli RLS-i işə salmağa hazırlaşır. Modern.az bildirir ki, bu barədə “İnterfaks”a hərbi-diplomatik dairələrindən bildirilib.
Mənbə bildirib ki, yeni RLS bundan əvvəl Qəbələ RLS-in nəzarət zonalarını yenidən örtəcək. Belə ki, Armavirdəki obyekt Türkiyəni, İraqı, İranı, Hindistanı və Yaxın Şərq ölkələrini “görə” biləcək.
Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, yaxın zamalarda “Daryal” tipli köhnə RLS-dən tam olaraq imtina edəcək. Onların əvəzinə “Voronej” tipli müxtəlif diapozonlu müasir radarlar tutacaq.  

X.SƏFƏROĞLU  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan ŞOK ETİRAF - Təyyarənizi biz vurmuşuq!