Avstriyada hökumətin pandemiyaya qarşı mübarizə qaydaları və nəzərdə tutulan məcburi peyvənd qanunu ilə bağlı etiraz aksiyaları artıq hər həftə təşkil olunur.
Modern.az xəbər verir ki, dekabrın 11-də keçirilən növbəti etiraz aksiyasında təkcə paytaxt Vyana şəhərində 44 min insan iştirak edib.
Etiraz aksiyalarının əsas təşkilatçısı kimi isə ana müxalifət partiyası sayılan Avstriya Azadlıq Partiyasıdır (FPÖ). Peyvənd inkarçılarının rəğbətini qazanan bu sağçı-radikal partiya məhdudiyyətlərə qarşı çıxmaqla yanaşı, peyvəndlə bağlı müəyyən stereotipləri tirajlamağa da xüsusi diqqət ayırır.
Etiraz aksiyası ilə bağlı hökumət nümayəndələri həmin partiya rəhbərliyinə öz açıq tənqidini də ifadə edib.