Bu gün Sakit okeanda yerləşən Yeni Kaledoniya adasının sakinləri arasında Fransadan müstəqil olmaq barədə referendum keçirilib.
Modern.az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb .
Yeni Kaledoniya sakinlərinin əksəriyyəti referendumda Fransadan müstəqillik layihəsini rədd edib.
Bu, Yeni Kaledoniyada daha əvvəl 2018 və 2020-ci illərdə keçirilmiş üçüncü belə referendumdur.
Fransa prezidenti Emmanuel Makron Yeni Kaledoniyanın fransız olaraq qalacağını açıqlayıb. O əlavə edib ki, referendumdan sonra onun üçün “keçid dövrü” başlayacaq.
Akif İsmayılov