“Ukrayna və Gürcüstan qaşlarına qoyulan tələblərə cavab verərsə, NATO üzvlüyündə irəliləyə bilər”.
Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken NBC telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, NATO hələ 2008-ci ildə bu iki dövlətin təşkilata qoşula biləcəyini bildirib.
"Əgər onlar üzvlük üçün müraciət etməyə davam etsələr və tələblərə cavab versələr, bu məsələnin həlli yaxınlaşacaq”, - E.Blinken bildirib.
Dövlət katibinin sözlərinə görə, NATO yarandığı gündən açıq şəkildə bəyan edib ki, qapıları üzvlüyə can atan və lazımi meyarlara cavab verən istənilən Avropa ölkəsi üçün açıqdır.