Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında Rusiyanın özəl hərbi podratçı şirkəti “Vaqner"ə qarşı sanksiyanın tətbiqinə qərar verilib.
Modern.az xəbər verir ki, bu barədə "TASS" agentliyi Brüsseldəki diplomatik mənbəyə istinadən yazıb.
Sanksiyaların "Vaqner"lə əlaqəli dörd hüquqi və səkkiz fiziki şəxsə qarşı tətbiqi təsdiqlənib", - deyə mənbə qeyd edib.
Diplomatik mənbə bildirib ki, Rusiya şirkəti ilə yanaşı hakimiyyətin demokratik yolla ötürülməsi prosesinə mane olduğuna görə Maliyə qarşı da sanksiyalar tətbiq etmək barədə qərar qəbul olunub.