Rusiya xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub. Nazirlər Vyana danışıqlarının bərpası kontekstində İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafındakı vəziyyəti müzakirə ediblər.
"Əsas diqqət noyabrın 29-da Vyanada bərpa olunmuş danışıqlar prosesi kontekstində İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında mövcud vəziyyətə yönəldilib. Tərəflər nüvə sazişinin bərpasına qarşılıqlı sadiqliklərini bir daha təsdiqləyiblər", - deyə Rusiya XİN-in məlumatında bildirilib.
Lavrov və Abdullahiyan ikitərəfli və regional gündəlikdə duran bir sıra aktual məsələləri də müzakirə ediblər.