Belarusun keçmiş təhsil naziri İqor Karpenkonu Mərkəzi Seçki Komissiyasının yeni rəhbəri təyin edilib.
Modern.az xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandr Lukaşenko qərar imzalayıb.
O, bu vəzifədə 25 il komissiyaya rəhbərlik etmiş Lidiya Yermoşinanı əvəz edib. Prezident ölkədə 2022-ci ilin fevralında keçiriləcək konstitusiya referendumunun bir hissəsi kimi kadr dəyişikliyi edir.
Belarus prezidenti fevralda 6-cı ÜmumBelarus Xalq Assambleyasında yeni əsas qanunun hazırlanmasının zəruriliyini bəyan edib.
Akif İsmayılov