Modern.az

Koreya müharibəsi başa çatır?

Koreya müharibəsi başa çatır?

Dünya

13 Dekabr 2021, 21:16

Şimali Koreya, Cənubi Koreya, ABŞ və Çinin Koreya müharibəsinin “rəsmi” başa çatdığını elan etmək üçün prinsipial olaraq razılığa gəlib.

 

Modern.az xəbər verir ki, bunu Cənubi Koreya Prezidenti Mun Cae In Avstraliyada keçirilən mətbuat konfransı zamanı deyib.

 

O xatırladıb ki, ABŞ Şimali Koreyaya qarşı hər hansı sanksiyaların götürülməmişdən əvvəl bu ölkənin nüvə silahından əl çəkməli olduğunu vurğulayıb.

 

Mun qeyd edib ki, Şimali Koreya danışıqlar üçün ilkin şərt olaraq bu tələbdən imtina edilməsini istəyir.

 

“Ona görə də biz müharibənin rəsmən başa çatdığının elan edilməsi ilə bağlı müzakirə və ya danışıqlar masasına əyləşə bilmərik. Ümid edirik ki, danışıqlar başlayacaq”, - deyə Cənubi Koreya prezidenti bildirib.

 

O qeyd edib ki, rəsmi Seul Şimali Koreya ilə müharibənin “rəsmi” sonlandırılmasının tərəfdarıdır və müharibəni bitirmək üçün rəsmi bəyanatın Şimali Koreyanı nüvə silahlarından imtina etməyə təşviq edəcəyini müdafiə edir.

 

Munun beş illik səlahiyyət müddətinin mart ayında başa çataq diqqət çəkir və o, əvvəllər Koreya yarımadasında sülhün bərqərar olması ilə bağlı öhdəlik götürüb. Cənubi Koreya lideri bütün tərəfləri masaya cəlb etməyə çalışa bilər, lakin onların hamısını təfərrüatlar üzərində razılaşdırmaq olduqca çətindir.

 

Pxenyan administrasiyası ABŞ əsgərlərinin Cənubi Koreyada olmasını istəmir. O, iki ölkənin hər il təşkil etdiyi birgə hərbi təlimlərdən və ABŞ-ın Şimali Koreyaya tətbiq etdiyi sanksiyalardan narahatdır.

 

Koreya Müharibəsi 1950-ci ildə kommunistlərin hakimiyyətdə olduğu Şimal Koreyanın indi iki ölkə arasında sərhəd olan 38-ci paralel boyunca 75.000 əsgərlə Cənuba hücum etməsi ilə başladı. Sonrakı aylarda Çin və Sovet İttifaqı tərəfindən dəstəklənən Şimali Koreyadan gələn qoşunlar Amerikanın müharibəyə qoşulmasından sonra geri çəkildi.

 

Koreya müharibəsi 1953-cü ildə imzalanan atəşkəslə başa çatdı və Koreya yarımadası iki yerə bölündü. O vaxtdan bəri texniki olaraq müharibə vəziyyətində olan Şimali Koreya Çin, Cənubi Koreya ABŞ tərəfindən dəstəklənir. Müharibədə beş milyon əsgər və mülki vətəndaş həlak olub.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama