Modern.az

İlon Mask ilin adamı seçildi - FOTO

İlon Mask ilin adamı seçildi - FOTO

Dünya

13 Dekabr 2021, 23:10

TIME jurnalı ABŞ-da yerləşən "Tesla" avtomobil şirkətinin qurucusu, elektrik mühərriki texnologiyasına sərmayələri ilə tanınan İlon Maskı ilin adamı seçib.

 

Modern.az xəbər verir ki, Cənubi Afrika əsilli 50 yaşlı Mask Amazonun qurucusu Ceff Bezosu geridə qoyub və ilin ən varlı adamı olub.

 

Oktyabr ayında "Tesla"nın bazar dəyəri bir trilyon dolları keçdi.

 

Eyni zamanda kosmos sahəsində təşəbbüskar olan Mask öz şirkəti SpaceX və Amerika Milli Kosmos və Aviasiya İdarəsi (NASA) ilə də bir çox layihələr həyata keçirib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama