“Rusiyadan Almaniyaya uzanan Şimal axını-2 qaz kəməri tamamlanmasına baxmayaraq, açılmağa hazır deyil”.
Modern.az xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
“Berlinlə Moskva arasında əməkdaşlığın davam etdirilməsi üçün Ukrayna böhranı sülh yolu ilə həll edilməlidir. Rusiyadan ölkəmizə qədər uzanan təbii qaz kəməri Avropa İttifaqının enerji qanunvericiliyinə uyğun olmadığı üçün indiki halda istifadəyə verilə bilməz”.