ABŞ-da peyvənddən imtina edən 27 əsgər ordudan qovulub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin 27 əsgəri koronavirusa qarşı peyvənd olunmağı rədd etdikləri üçün xidmətdən kənarlaşdırıblar.
Əsgərlər prezident Baydenin peyvənd öhdəliyi qanununa əsasən, işdən çıxarılan ilk şəxslərdir.
Hərbi Hava Qüvvələrinin rəsmisi bildirib ki, peyvənd olunmaq üçün son tarixdən imtina edən hərbçilər gənc, aşağı rütbəlidilər.