Modern.az

ABŞ əsgərləri mülki şəxslərin ölümünə görə cəzalandırılmayacaq

ABŞ əsgərləri mülki şəxslərin ölümünə görə cəzalandırılmayacaq

Dünya

14 Dekabr 2021, 18:33

Avqust ayında Əfqanıstanda yeddisi uşaq olmaqla 10 mülki şəxsin ölümünə səbəb olan dron hücumuna görə heç bir Amerika əsgəri və ya rəsmisi məsuliyyət daşımayacaq.

 

Modern.az xəbər verir ki, ABŞ-ın müdafiə naziri Lloyd Oustin hücumu həyata keçirən amerikalı əsgərlərə hər hansı intizam cəzası tətbiq edilməməsi barədə qərar qəbul edib.

 

ABŞ kəşfiyyatının verdiyi məlumata görə, avqustun 29-da hücumda İŞİD-in yerli nümayəndəliyi ilə əlaqəsi olduğu güman edilən avtomobil ABŞ-ın rəhbərlik etdiyi qüvvələr tərəfinfən məhv edilib.

 

ABŞ Mərkəzi Komandanlığının komandanı general Kennet Makkenzi hadisədən sonra hücumu “faciəli səhv” kimi qiymətləndirib.

 

Məsələ ilə bağlı aparılan araşdırmalardan sonra keçən ay açıqlanan hesabatda heç bir qanun pozuntusuna yol verilmədiyi və səhlənkarlıq və ya qanun pozuntusuna yol verilmədiyi üçün intizam cəzasına ehtiyac olmadığı qənaətinə gəlinib.

 

ABŞ Müdafiə Nazirliyinin Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, Amerika əsgərləri cəzalandırılmasa da, hadisədən öyrənməli bir şey var.

 

Kirbi, lazım gələrsə, kəşfiyyata əsaslanan hücum üsullarını dəyişməkdən çəkinməyəcəklərini bildirib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama