İranda Rəşt şəhərindən Məşhədə uçan təyyarə təcili eniş etmək məcburiyyətində qalıb.
Modern.az İran KİV-ə istinadən xəbər verir ki, təyyarə Qorqan şəhərinə enib.
Bildirilir ki, təcili enişə səbəb texniki nasazlıq olub.
Sərnişinlərdən xəsarət alan olmayıb. Onlar başqa təyyarə ilə Məşhədə yola salınıb.