Modern.az

Bu ölkədə tanker partladı: 60 ölü

Bu ölkədə tanker partladı: 60 ölü

Dünya

14 Dekabr 2021, 20:09

Haitinin şimalında yerləşən Kap-Aityen şəhərində yanacaqdaşıyan avtomobil partlayıb.

 

Modern.az “Reuters”ə istinadən xəbər verir ki, tankerin partlaması nəticəsində 60 nəfər ölüb.

 

Bildirilir ki, partlayış yerinə yaxın 20-dən çox binaya ziyan dəyib.

 

Məlumata görə, yanacaqdaşıyan avtomobil yolda aşıb. Yoldan keçən sürücülər bundan istifadə edərək öz avtomobillərinin yanacaq çənlərini doldurmaq istəyiblər. Bundan sonra partlayışın baş verdiyi ehtimal olunur.

 

Haiti hakimiyyəti üç günlük milli matəm elan edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama