Modern.az

Putin Çin lideri ilə beynəlxalq gündəmi müzakirə etdi

Putin Çin lideri ilə beynəlxalq gündəmi müzakirə etdi

Dünya

15 Dekabr 2021, 13:32

Rusiya prezidenti Vladimir Putinlə Çin Xalq Partiyasının sədri Si Tsinpin arasında onlayn formada görüş keçirilib.

 

Modern.az xəbər verir ki, liderlər ikitərəfli əlaqələri və beynəlxalq gündəmi müzakirə ediblər.

“Sizinlə birbaşa əlaqə saxlamaq imkanım olduğu üçün çox şadam. Bizim münasibətləri 21-ci əsrdə dövlətlərarası əməkdaşlığın real modeli hesab edirəm", - deyə Putin bildirib.

 

Si Tsinpin isə öz növbəsində Rusiya prezidentinə Moskva ilə Pekin arasında gərginlik yaratmaq cəhdlərinə müqavimət göstərdiyinə görə təşəkkür edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama