Modern.az

Ağ Evdən Ermənistan-Azərbaycan gərginliyinə növbəti REAKSİYA

Ağ Evdən Ermənistan-Azərbaycan gərginliyinə növbəti REAKSİYA

Dünya

16 Dekabr 2021, 10:45

Amerika İrəvanla Bakı arasında gərginlikdən narahat olduqlarını bildirib.

Modern.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Hornun bəyanatında deyilir.


O, Ermənistan və Azərbaycan arasında davam edən gərginlikdən narahatlığını bildirib və vurğulayıb ki, hərbçilərin müəyyən edilməmiş sərhədlər yaxınlığında hər hansı hərəkəti təxribat və məsuliyyətsizlikdir.

Amerika liderinin köməkçisi tərəflər arasında təmasların davam etdirilməsini alqışlayıb və Birləşmiş Ştatların həm ikitərəfli əsasda, həm də ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi regionda quruculuq tədbirlərini və nizamlanmanı dəstəkləməyə davam etməyə hazır olduğunu qeyd edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama