Fransa prezidenti Emmanuel Makron bildirib ki, hələlik vəziyyət ona qarşıdan gələn 2022-ci ilin aprel seçkilərində ikinci müddətə namizədliyini irəli sürüb-sürməyəcəyi sualına cavab verməyə imkan vermir.
Modern.az xəbər verir ki, Fransa lideri TF1 telekanalının efirində jurnalistlərin suallarını cavablandırarkən deyib: “Mən indi seçkilər barədə danışacaq vəziyyətdə deyiləm”.
Onun sözlərinə görə, əgər namizədliyini elan etsəydi, lazımi qərarlar qəbul etmək, xüsusən də koronavirus pandemiyasının yeni dalğası ilə mübarizə aparmaq çətin olardı.
“Həm ölkədəki vəziyyəti, həm də öz vəziyyətimi nəzərə alaraq, mən bu gün hələ də bu suala cavab verə bilmirəm”,- Makron əlavə edib.
Eyni zamanda, gələn ilin aprelindən sonra ölkə və həmvətənləri üçün planlarının olub-olmadığı soruşulduqda, o, qısaca cavab verib: "Əlbəttə".
Fransada prezident seçkiləri 2022-ci il aprelin 10 və 24-də iki turda keçiriləcək.