Modern.az

“Saqqal onlarda, sifət məndə” - Binəli Yıldırım CHP-li deputata CAVAB VERDİ

“Saqqal onlarda, sifət məndə” - Binəli Yıldırım CHP-li deputata CAVAB VERDİ

Dünya

16 Dekabr 2021, 14:53

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırımın Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallılar Şurasına sədr seçilməsi Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən etirazla qarşılanıb.

Modern.az xəbər verir ki, Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Mahmud Tanal bu seçimə sərt reaksiya verərək, "Binəli Yıldırımın heç saqqalı yoxdur" deyib.

Binəli Yıldırım isə qarşı tərəfin iradına cavabı gecikdirməyib.

Belə ki, AKP sədrinin müavini bu gün Ankarada Estergon Türk Kültür Mərkəzində keçirilən “Şuşa - Bərabər yürüdük biz bu yollarda” kitabının təqdimatı zamanı siyasətçi həmkarına cavab verib.


“Saqqal onlarda, sifət məndə”,- deyə Binəli Yıldırım bildirib. 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama