İsrailin şimalındakı Yuxarı Qaliley bölgəsində orduya məxsus bazadan 100 mindən çox M16 avtomatının gülləsi oğurlanıb.
Modern.az xəbər verir ki, bu barədə İsrailin Kanal 13 televiziyası məlumat yayıb.
Kanal hadisənin İsrail zabitlərinin Yuxarı Qalilenin Ayn əz-Zeytun bölgəsində ordunun arsenalını yoxlamaq üçün getdiyi zaman ortaya çıxdığı bildirilib.
Xəbərdə sözügedən güllələrin ay yarım əvvəl oğurlandığı və İsrailin müvafiq orqanlarının məsələ ilə bağlı araşdırma apardığı bildirilib.
İsrailin Kanal 7 televiziyasının polis səlahiyyətlilərinə əsaslanaraq verdiyi xəbərdə oğurlanan güllə sayının 150 mindən çox olduğu iddia edilib.
Akif İsmayılov