Malta şəxsi məqsədlər üçün marixuananın yetişdirilməsi və istifadəsini qanuniləşdirib.
Modern.az xəbər verir ki, Malta parlamentində səsə qoyulan qanun layihəsi 27 əleyhinə 36 səslə qəbul edilib.
Yeni qanunla, yetkin şəxslərə evlərində dörd bitki yetişdirməyə və özləri ilə yeddi qrama qədər marixuana aparmağa icazə veriləcək.
Ancaq ictimai yerlərdə və ya uşaqların gözü qarşısında marixuana çəkmək qadağan edilir.
Malta bu qərarıa marixuananı leqallaşdırıan ilk Avropa İttifaqı (Aİ) ölkəsi olub. Almaniya, Lüksemburq və İsveçrənin də oxşar planları var.
Akif İsmayılov