Modern.az

Almaniyada vaksin əleyhdarlarına qarşı əməliyyat

Almaniyada vaksin əleyhdarlarına qarşı əməliyyat

Dünya

16 Dekabr 2021, 20:16

Almaniyada polis koronavirus tədbirlərini dəstəkləyən Saksoniya vilayətinin kansleri Mişel Kretşmer- qarşı ölüm təhdidləri fonunda çərşənbə günü bir sıra ünvanlara basqın edib.

 

Modern.az xəbər verir ki, bu barədə BBC yazıb.

 

Bildirilib ki, basqınlar ötən həftə ştatın baş nazirinə qarşı televiziyada yayımlanan sənədli filmdə aşkarlanan təhlükəyə cavab olaraq həyata keçirilib.

 

Ehtimal olunur ki, ifrat sağçı peyvənd əleyhdarları yay və oxlardan və digər “deşici silahlardan” istifadə etməklə aksiya keçirməyi planlaşdırıblar.

 

Almaniyanın yeni federal kansleri Olaf Şollz çərşənbə günü deyib ki, sərhədləri olmayan bu çox kiçik ekstremist qrupa bütövlükdə cəmiyyətə öz iradəsini tətbiq etməyə icazə verilməyəcək.

 

Qeyd edək ki, Saksoniya Almaniyada ən az vaksin vurduran vilayətdir. 

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama