Modern.az

Britaniya Suriyada dron vurdu

Britaniya Suriyada dron vurdu

Dünya

16 Dekabr 2021, 21:18

Britaniya Hərbi Hava Qüvvələrinə məxsus "Eurofighter Typhoon" qırıcısı Suriyada "bölgədəki koalisiya qüvvələri üçün təhlükə yaradan" kiçik pilotsuz uçan aparatını (PUA) vurub.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, dron Suriyadakı Ət-Tanf bazası üzərində aşkar edilib.

 

PUA-nın ölçüsünün kiçik olmasına baxmayaraq, onun müasir qısa mənzilli raketlə (ASRAAM) vurulduğu bildirilir.

 

Dronun kimə məxsus olduğu qeyd olunmayıb.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama