Modern.az

Kiyevdə Heydər Əliyevi anım mərasimi keçirilib

Kiyevdə Heydər Əliyevi anım mərasimi keçirilib

Dünya

13 Dekabr 2012, 13:34

Ukraynanın paytaxtı Kiyev şəhərində, 12 dekabr tarixində  Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən mərhum prezident Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Anım mərasiminə qatılan Azərbaycan səfirliyinin diplomatlari, Ukraynadaki azərbaycanlı gənclər Birliyinin numayəndələri və diaspor fəalları Heydər Əliyevin Kiyev şəhərindəki abidəsinin önünə tər çiçək dəstələri qoymaqla, mərhumun xatirəsinə dərin hörmət və ehtiramlarını biildiriblər.

Mərasimdə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Eynulla Mədətli çıxış edərək, H.Əliyevin istər keçmiş sovet dönəmində, istərsədə, ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycanın beynəlxalq arenada layiqli yer tutmasındakı tarixi xidmətlərindən danışıb.

Səfir Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində,  Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətləri də iştirakçıların diqqətinə çatdırıb.

Mərasimdə çıxış edən gənclər tələbələr və digər diaspora fəalları Heydər Əliyevin xatirəsinin heç zaman unudulmayacağını vurğulayıblar.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK ETİRAF - Təyyarənizi biz vurmuşuq!