Modern.az

Kabildə bir gün içində ikinci partlayış

Kabildə bir gün içində ikinci partlayış

Dünya

17 Dekabr 2021, 19:20

Bu gün Əfqanıstanın paytaxtında ikinci partlayış baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə yerli “Aamaj News” agentliyi mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, hadisə Kabilin şimal-qərbində yerləşən Xeyrxan məhəlləsində baş verib. Digər təfərrüatlar hələlik verilməyib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Kabilin mərkəzi Pərvan-e Se məhəlləsində avtomobil partladılıb. Partlayış nəticəsində 4 nəfər yaralanıb.

 

Akif İsmayılov

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama