Modern.az

Danimarka COVID qadağalarını ARTIRIR

Danimarka COVID qadağalarını ARTIRIR

Dünya

17 Dekabr 2021, 20:12

Danimarka sürətlə yayılan yeni növ koronavirus yoluxmalarının qarşısını almaq üçün ictimai yerləri bağlamağı planlaşdırır.

 

Modern.az xəbər verir ki, ölkənin Baş naziri Mette Frederiksen Covid-19 ilə bağlı məhdudiyyətlərin bir hissəsi olaraq teatrların, kinoteatrların, konsert salonlarının, əyləncə parklarının, muzeylərin və incəsənət qalereyalarının bağlanmasını təklif edib.

 

Frederiksen həyata keçiriləcək tədbirlər çərçivəsində 2 min kvadratmetrdən kiçik mağaza və restoranlarda müştərilərin sayının məhdudlaşdırılmalı olduğunu bildirib.

 

Bu cür məhdudiyyət təklifləri parlamentin təsdiqindən keçməlidir. Digər tərəfdən, Danimarka hökuməti vətəndaşlara Milad bayramı zamanı sosial təmasları məhdudlaşdırmaq barədə xəbərdarlıq edib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama