Modern.az

Ermənistanda prezident üsul-idarəsi geri qaytarılır

Ermənistanda prezident üsul-idarəsi geri qaytarılır

Dünya

18 Dekabr 2021, 08:37

Ermənistanda parlament idarəetmə formasına yönəlmiş Konstitusiyaya dəyişiklik etməyə hazırlaşırlar.

Modern.az xəbər verir ki, artıq ilk addım atılıb.

Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci il fevralın 12-də yaradılmış konstitusiya islahatları üzrə peşəkar komissiyanın buraxılması və Konstitusiya İslahatları Şurasının yaradılması haqqında fərman imzalayıb.


Şura müsabiqə əsasında beş nəfərdən ibarət olacaq.

Ermənistan hakimiyyəti hesab edir ki, hazırkı Konstitusiyada çoxlu tələblər, tənzimlənməmiş və yarımçıq məsələlər var.

Prezident Armen Sarkisyan da Konstitusiyaya dəyişikliklərin tərəfdarıdır. O hesab edir ki, ölkə yenidən prezident idarəetmə formalı respublikaya çevrilməlidir.

Xatırladaq ki, 2015-ci ildə Konstitusiyaya dəyişikliklərin qəbulundan sonra Ermənistan prezident üsul-idarəsindən parlament idarəetmə formasına keçib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama