Modern.az

“Putin Baydenlə dost deyil” - Prezidentin mətbuat katibi

“Putin Baydenlə dost deyil” - Prezidentin mətbuat katibi

Dünya

18 Dekabr 2021, 08:57

Rusiya və ABŞ liderləri Vladimir Putinlə Co Bayden dost deyillər, onların ünsiyyət üçün çox imkanları olmayıb.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

"Mən deməmişəm ki, iki lider arasında dostluq münasibətləri var. Qarşılıqlı hörmətli, konstruktiv və çox işgüzar ton mövcuddur. Onlar dost deyillər, hələ çox ünsiyyət qurmayıblar", - Peskov RTVI telekanalının efirində deyib.

 

Onun sözlərinə görə, liderlər arasında işgüzar və hörmətli atmosferi hökm sürür. Fikir ayrılıqlarından danışan Peskov qeyd edib ki, onların sayı daha çox deyil.

 

“Ən azı, deyə bilərik ki, Putin və Bayden rahat danışırlar, o mənada ki, onlar bir-birlərinə öz mövqelərini çatdırırlar, problem haqqında danışırlar və aydın cavab verirlər: bəli və ya yox”, - Peskov bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama