Modern.az

Ermənistanla münasibətlər Azərbaycanla yaxın təmasda reallaşdırılacaq - Fuad Oktay

Ermənistanla münasibətlər Azərbaycanla yaxın təmasda reallaşdırılacaq - Fuad Oktay

Dünya

18 Dekabr 2021, 13:27

Münasibətlərin normallaşması prosesi Ermənistanın atacağı addımlardan asılı olaraq Azərbaycanla yaxın təmasda reallaşdırılacaq.

Modern.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay parlamentdə büdcə müzakirələri zamanı deyib.

O əlavə edib ki, Türkiyə təkcə Ankara-Yerevan münasibətlərində deyil, ümumilikdə bütün regionda əlaqələrin normallaşması arzusundadır.

"Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Azərbaycanla birlikdə irəli sürdüyümüz “3+3” formatında regional əməkdaşlıq platformasının birinci iclası ötən həftə baş tutub. Biz təkcə Türkiyə-Ermənistan münasibətlərində deyil, bütün region üçün normallaşma arzusundayıq və bu yanaşmamızda da tam səmimiyik”, - deyə F.Oktay bildirib.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama