Modern.az

Sarkisyandan Paşinyana İTTİHAM: “Hər 5 nəfərdən 1-i ölkəni tərk edir”

Sarkisyandan Paşinyana İTTİHAM: “Hər 5 nəfərdən 1-i ölkəni tərk edir”

Dünya

18 Dekabr 2021, 14:13

Ermənistanın üçüncü prezidenti Serjik Sarkisyan respublikanın indiki hakimiyyətinin siyasətini kəskin tənqid edib.

Modern.az xəbər verir ki, Sarkisyanın sözlərinə görə, Ermənistanın hər beşinci sakini hakimiyyətin siyasəti ucbatından ölkəni tərk edir.

Serj Sarkisyan şənbə günü rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasının 17-ci qurultayında deyib:

"Bu gün hər beş nəfərdən biri ölkəni tərk edir. İndi biz bu qurultayı keçirəndə insanlar Ermənistanı "Zvartnots" hava limanından göz yaşları ilə tərk edirlər. Bu il ölüm və doğum göstəriciləri bərabərləşib, demoqrafik böhran var".


Ermənistanın üçüncü prezidenti hesab edir ki, belə acınacaqlı vəziyyətin yaranmasına səbəb “vətəni olmayan” və “xalqı aşağılayan” hakimiyyətin hərəkətlərindədir.


Ermənistan mətbuatı yazır ki, Sarkisyanın prezidentliyi dövründə 10 il ərzində 373 min insan ölkəni tərk edib və geri qayıtmayıb (illik orta hesabla təxminən 37 min). 1991-ci ildə Ermənistanda 77 000 uşaq, 2017-ci ildə 37 700, 2020-ci ildə cəmi 36 448 uşaq doğulub.



A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama