Modern.az

Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi bu şəxs OLACAQ

Ermənistanın Türkiyə üzrə xüsusi nümayəndəsi bu şəxs OLACAQ

Dünya

18 Dekabr 2021, 20:45

Ermənistan parlamentinin spikerin müavini Ruben Rubinyan bu ölkənin Türkiyə ilə dialoq prosesi üzrə xüsusi nümayəndəsi təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat yayıb.

 

Qeyd edək ki, bir neçə gün öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla münasibətlərin normallaşması üçün qarşılıqlı xüsusi nümayəndə təyin ediləcəyini bildirimişdi. Türkiyə keçmiş ABŞ səfiri Serdar Kılıçı Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə təyin edib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama